Səfir: “Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”

Səfir: “Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”

"Əgər bu vaxtadək Türkiyəyə gedən 4 mln rusiyalı turist Azərbaycana gələrsə, Rusiya Federasiyasının səfiri kimi, mən bundan çox xoşbəxt olardım".


Aktual.az APA-ya istinadən bildirir ki, bunu "Komsomolskaya pravda" nəşrinə müsahibəsində müxbirin Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın rusiyalı turistlər üçün alternativ ola biləcəyinə dair sualına cavab verərkən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. "Məmnunluqla qeyd etmək istərdim ki, rusiyalı turistlərin Azərbaycana marağı artmaqdadır", deyə səfir vurğulayıb.

"Diqqət cəlb etmək üçün qonşularımız üçün gözəl şans yaranır. Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var və ölkə turizm sahəsini özünə prioritet seçib. Lakin elan etmək və turizm biznesi yaratmaq fərqli məsələlərdir, bu çox böyük işdir.

Realist olmaq lazımdır. Turizmə böyük əhəmiyyət verilməsinə baxmayaraq, ölkədə həm dənizdə, həm də dağlarda infrastrukturun inkişaf etdirilməsinə səylər göstərilir. Buna baxmayaraq, Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz", deyə Doroxin qeyd edib.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR