Səfir: "Aİ ilə Azərbaycan yeni saziş üzərində işləri davam etdirir"

Səfir:

"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq genişlənir, yeni saziş üzərində də işlər davam etdirilir".

"Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

"Azərbaycanla münasibətlərimizin gücləndiyi göz qabağındadır. Ötən il bir sıra mühüm səfərlər həyata keçirildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa İttifaqının komissarı Oliver Varheli Bakıda olublar. Dekabrda Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində iştirak etdi. Aİ ilə Azərbaycan arasında yeni saziş üzərində çalışmağa davam edirik” – deyən səfir Aİ ilə Azərbaycanın ticarətdə də mühüm tərəfdaş olaraq qaldıqlarını diqqətə çatdırıb. Belə ki, Azərbaycan ixracatının 51 faizinin Aİ-yə yönəldiyi, artıq ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatdığı qeyd edilib.

"Biz enerji sahəsində də əməkdaşlıq edirik. Cənub Qaz Dəhlizi mühüm və çox uğurlu layihədir. Həmçinin bərpa olunan enerji və yaşıl enerji məsələlərinə də diqqət yetiririk, bu sahələrdə əməkdaşlığımız inkişaf edir” – deyə diplomat vurğulayıb.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR