Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərində tarixi əsər qaçaqmalçılarından Səfəvi dövrünə aid əsərlər aşkar edilərək götürülüb.
Aktual.az xəbər verir ki, bu barədə əyalətin polis idarəsinin nümayəndəsi polkovnik Sabir Abbaszadə məlumat verib.
Qeyd edək ki, Tufarqan bölgəsi tarixi əsər və abidələri ilə Güney Azərbaycanın ən zəngin bölgələrindən biri sayıldığı üçün daima yerli və xarici tarixi əsər qaçaqmalçılarının diqqət mərkəzində olub.
Xəbər 2210 dəfə oxunub.