"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı


Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək” Ticarət Mərkəzindəki yanğında başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, həmin şəxsə xəstəxanada ambulator yardım göstərilib.
Xatırladaq ki, yanğından zərərçəkən 9 nəfərə yerində yardım göstərilmişdi.
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR