"Sədərək"dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb


Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.
Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR