“Sədərək” ticarət mərkəzində yanğın mıəhdudlaşdırılıb- VİDEO - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində yanğın mıəhdudlaşdırılıb- VİDEO - YENİLƏNİB

"Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.
FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
20.30
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
****
20.00
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində yanğın davam edir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 20-ə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
saat 19.54
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində yanğının söndürülməsi əməliyyatına başlanılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.
***
saat 19.33
Xəbərə video və şəkillər əlavə edilib.
***
saat
18.50
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.(apa)



Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR