"Sədərək" ticarət mərkəzində ümumilikdə 900 kv.m. ərazi yanıb - RƏSMİ


Fövqəladə Hallar Nazirliyi ötən gün "Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb. 

Nazilrikdən Aktual.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR