“Sədərək” Ticarət Mərkəzində insidentlə bağlı — AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzində insidentlə bağlı   — AÇIQLAMA

Bu gün səhər saatlarında “Sədərək” ticarət mərkəzində kriminal hadisə baş verməsi haqda məlumat yayılıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, daxil olan məlumatda bildirilirdi ki, ticarət mərkəzinin mühafizəçiləri ilə müştəri arasında baş verən insidentdə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, hadisə ötən gün baş verib. Məlumata görə, Ticarət Mərkəzinin Elit korpusunda daxili nizam-intizam qaydalarını pozduğuna görə vətəndaşla ictimai asayişi təmin edən polis əməkdaşları arasında insident yaşanıb. Nəticədə insidentə səbəbkar olan şəxs saxlanılaraq polis bölməsinə aparılıb: “Hadisə zamanı ölüm faktının qeydə alınması ilə bağlı yayılmış məlumat həqiqətə uyğun deyil”.

Xəbər 952 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR