Aktual.az islam.az-a istinadən bildirir ki, bunların hər ikisi imkanlı adam tərəfindən ehtiyaclı və fəqir insanlara verilən ehsanın növləridir.
Sədəqə vermək vacib deyil, sədəqə könüllü olaraq verilir. Onun konkret miqdarı, şərti, vaxtı şəriətdə göstərilməyib. Həmçinin, sədəqə yalnız pul və mal şəklində deyil, mənəvi yardım kimi də edilə bilər. Məsələn, hədislərdə buyurulub ki, təbəssüm və xoş sima da sədəqənin bir növüdür. Zəkat isə dini vergidir. Konkret olaraq bəzi əmlak növlərindən, konkret miqdarda (nisab həddində) verilir. Zəkat, buna haqqı çatan insanlara ödənməlidir. Malının zəkatını verməyən adam Allah qarşısında cavabdehdir.