Səddamı dindirən MKİ əməkdaşından SENSASİYALI ETİRAF

Səddamı dindirən MKİ əməkdaşından SENSASİYALI ETİRAF
  • DÜNYA

ABŞ-ın hərbi müdaxiləsi ilə devrilən və sonradan edam edilən İraqın sabiq lideri Səddam Hüseynin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dindirilməsi prosesi haqda kitab nəşr olunub.

Aktual.az  axar.az-a istinadən xəbər verir ki, kitabı Səddamı sorğu-sual edən MKİ-nin sabiq əməkdaşı Con Niksonun qələmə aldığı bildirilib.

"Prezidenti dindirmə: Səddam Hüseynin sorğu-sualı" (Debriefing The President: The Interrogation Of Saddam Hussein) adlı kitabda Nikson İraq lideri ilə apardığı söhbətləri qələmə alıb. Səddam haqqında deyilənlərin tam yanlış olduğunu bildirən kəşfiyyatçı "Onu dinlədiyimdə bu duruma olduqca təəccübləndim", - deyib.

Nikson tarixi proseslərin Səddamı haqlı çıxardığını vurğulayıb:

"Səddam yaxalandıqdan bir neçə gün sonra mənə "İraqı idarə edə bilməyəcəksiniz. Uğur qazana bilməyəcəksiniz. Çünki İraqı tanımırsınız. Dilini, insanını və tarixini bilmirsiniz. Yaxın zamanda İraqı idarə etmənin nə qədər çətin olduğunu görəcəksiniz", - demişdi.

Səddam mənə İraqda insanların davranışları ilə iqlim şərtləri arasında əlaqələrin olduğunu demişdi.

2004-cü ildə yaz fəslində ölkədə qanlı olayların cərəyan edəcəyini bildirmişdi. Tarix daha sonra Səddamı haqlı çıxardı. 2004-cü ilin aprel ayında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə Əl Qaidə, BƏƏS Partiyası və Mehdi Ordusu arasında atışmalar yaşandı. Həmin qarşıdurmalarda birinci tərəfin itkisi 383, digər tərəfin itkisi isə 1342 nəfər oldu".

Nikson, eyni zamanda, Səddamın "İraq hökumətinin Əl Qaidə ilə bağlantıları var" iddiasını da təkzib etdiyini vurğulayıb. Səddam İraq hökumətinin 11 sentyabr hücumlarına heç bir halda dəstək vermədiyini də vurğulayıb.

Xatırladaq ki, 2003-cü ildə yaxalanan Səddam Hüseyn ABŞ-ın İraqda yaratdığı keçid hökuməti tərəfindən 1982-ci il Duceyl şiə qətliamına görə ittiham edilib və 5 noyabr 2006-cı ildə haqqında edam qərarı çıxarılıb. İraqın keçmiş rəhbəri 30 dekabr 2006-cı ildə asılaraq edam edilir.

Sözügedən kitab 29 dekabrda satışa çıxarılacaq.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR