Seçkiyə qədər daha iki icra başçısı yola salınır – ÖZƏL

Seçkiyə qədər daha iki icra başçısı yola salınır  – ÖZƏL

Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəməliyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

Həmin gün digər icra başçıları da vəzifədən azad olunsa da, onlar digər rayonlara rəhbər təyinatı aldılar. N.Məhəməliyev isə ümumiyyətlə işsiz qaldı və mətbuata verdiyi açıqlamada bildirdi ki, Balakəndən namizədliyini irəli sürəcək və deputat olmaq niyyətindədir.

Aktual.az-a daxil olan məlumata görə, seçkilərə qədər daha iki icra başçısı vəzifədən azad olunacaq. Bunlardan biri Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, digəri isə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur.

Hər iki icra başçısının sakinləri narazı salan fəaliyyəti, faktiki olaraq biznes fəaliyyəti ilə məşğul olması belə bir qərarın verilməsinə səbəb olub.

Aktual.az daxil olan informasiyaya aydınlıq gətirmək üçün icra başçılarının özlərinə müraciət edib.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla əlaqə yarada bilməsək də, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin məsələyə münasibətini öyrənə bildik.

Bu barədə məlumatsız olduğunu deyən İ.Mehdiyev bildirib ki, bu məsələ ölkə başçısının səlahiyyətinə aid olan məsələdir.

Adnan/Aktual.az

Xəbər 10944 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR