Seçkiyə qatılmayacaq deputatlar – ŞOK SİYAHI

Seçkiyə qatılmayacaq deputatlar  – ŞOK SİYAHI

Noyabr ayında keçiriləcək növbəti parlament seçkiləri ilə bizi bir neçə aylıq zaman kəsimi ayırır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün öncə mətbuata verdiyi açıqlamada artıq avqust ayının sonuna doğru növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcəyini bəyan edib.

Bu arada əsas diqqət yeni namizədlərin kimliyinə və hazırda parlamentdə fəaliyyət göstərən deputatlardan hansılarının seçkilərdə iştirak etməyəcəyinə yönəlib.

Aktual.az qarşıdan gələn parlament seçkilərində iştirak etməyən deputatlarla bağlı özəl siyahı əldə edib.

Oxucuların marağını nəzərə alıb, həmin siyahını təqdim edirik:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilən Aydın Abbasov bu dəfə namizəd olaraq seçkilərə qatılmayacaq. Buna səbəb kimi, deputatın atası Abbas Abbasovun Rusiyadakı fəaliyyəti göstərilir.

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsini təmsil edən deputat Xanlar Fətiyev də namizəd olmayacaq deputatlar siyahısında yer alacaq. Buna səbəb deputatın qeyri-qənaətbəxş fəaliyyəti və əsas diqqətini biznes fəaliyyətinə yönəltməsidir.

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsini təmsil edən deputat, SSRİ xalq artisti Zeynəb Xanlarova seçkilərə qatılmayacaq. Onun artıq bir neçə ildir passiv fəaliyyət göstərməsi də məhz bu amillə bağlıdır.  

59 saylı Salyan seçki dairəsi təmsil edən deputat Əlağa Hüseynov da seçkilərə qatılmayacaq. Onun özünün buna razılıq verdiyi, ictimai həyatdan çəkilmək istədiyi iddia olunur.

66 saylı Biləsuvar seçki dairəsini təmsil edən deputat Xanhüseyn Kazımlı bu dəfə mandat yarışmasına qatılmayacaq. O, bundan sonra rəhbərlik etdiyi partiyanın işləri ilə məşğul olacaq, eyni zamanda iqtisadçı-alim kimi fəaliyyət göstərəcək.

77 saylı Astara seçki dairəsini təmsil edən deputat Aslan Cəfərov da seçki marafonundan kənarda qalacaq. Buna səbəb deputatın ictimai-siyasi fəaliyyətlə məşğul olmaq istəməməsi və parlamentdə bircə dəfə olsun çıxış etməməsidir.

79 saylı İmişli seçki dairəsini təmsil edən deputat Əsabil Qasımov da yarışmaya qatılmayacaq. Onun passiv fəaliyyəti və bu səbəbdən vaxtaşırı tənqid atəşinə tutulması belə bir qərarın verilməsinə səbəb olub.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsini təmsil edən deputat Ərəstun Cavadov qarşıdakı seçkidə namizəd olmayacaq. Buna səbəb deputatın passiv fəaliyyəti və yenidən biznes fəaliyyətilə məşğul olmaq istəyidir.

88 saylı Göyçay seçki dairəsini təmsil edən deputat Sabir Hacıyev artıq yaxın çevrələrinə bununla bağlı qərarını elan edib. O, ümumiyyətlə bu seçkilərdən sonra siyasi səhnədən çəkilmək və rəhbəri olduğu partiyadan istefa vermək niyyətindədir.

92 saylı Zərdab-Ucar seçki dairəsini təmsil edən deputat Jalə Əliyeva özü deputat olmaq istəsə də, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin buna qarşı olduğu, bu səbəbdən xanım-deputatın yenidən namizəd olmaq istəyinin qarşısı alındığı söylənilir.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini təmsil edən deputat İlyas İsmayılov özü yenidən deputat olmaq istəsə də, yaş faktorunu nəzərə alaraq, yarışmadan geri çəkiləcək və bu dəfəki seçkilərdə namizəd olmayacaq.

O cümlədən universitet rəhbərlərinin də bu dəfə seçkilərə qatılmaması qərara alınıb. Əgər belə bir qərar qətiləşərsə, bu halda Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Şəmsəddin Hacıyev, Səməd Seyidov, Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova və digər deputatlar ya seçki marafonundan kənarda qalacaq, ya da rektor vəzifəsindən istefa verməli olacaqlar.

Adnan/Aktual.az

Xəbər 27258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR