“Gənclərin seçki prosesində iştirakı vacib məsələdir”.
Aktual.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib. O bildirib ki, nazirlik ölkədə fəaliyyət göstərən 300-dən artıq gənclər təşkilatına dəstək verir: “Ölkəmizdə seçkilər tam demokratik keçirilir. Keçirilən seçkilərə bəzən kölgə salmağa çalışırlar. Buna çalışanlar öz niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda hər kəsə bərabər şərait yaradılır”.
A.Rəhimov deyib ki, Azərbaycanda keçirilən bütün tədbirlərdə gənclər aktivlik nümayiş etdirirlər: “Azərbaycan gənci aktivliyi ilə seçilir. İstər seçki prosesi, istərsə də beynəlxalq tədbirlərdə gənclər fəallıq göstərirlər. Biz də nazirlik olaraq gənclərə dəstək veririk, bundan sonra da belə olacaq”.