Seçkilərdə səsvermə başa çatdı - YENİLƏNİB

Seçkilərdə səsvermə başa çatdı   - YENİLƏNİB

Saat 19:00-da.

Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.

Aktual.azxəbər verir ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.

08:44

Bu gün saat 08:00-da Azərbaycanda V çağırış Milli Məclisə seçkilər start götürüb.

Oxu.Az xəbər verir ki, səsvermədən əvvəl mətbuat konfransı keçirən MSK sədri Məzahir Pənahov seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün şəraitin yaradıldığını vurğulayıb.

MSK sədrinin sözlərinə görə, 1000-dək məntəqədə veb-kamera quraşdırılıb, seçkiləri izləmək üçün çoxsaylı yerli və əcnəbi müşahidəçilər qeydiyyatdan keçib.

M. Pənahov həmçinin seçiciləri exit-pollda aktiv iştirak etməyə çağırıb. 

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

00:41

Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

Səhər saat 8:00-da səsverməyə start veriləcək, saat 19:00-da isə səsvermə bitəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək.

Aktual.az

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR