“Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıq aşkar edilməyib”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki,bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.
O, deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.