Seçkilərdə 767 deputatlığa namizəd iştirak edəcək

Seçkilərdə 767 deputatlığa namizəd iştirak edəcək

Beşinci çağırış Milli Məclisə seçkilərdə 767 deputatlığa namizəd 125 yer uğrunda mübarizə aparacaq.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeydə alınan namizədlər 15 siyasi partiyanı, bir seçki blokunu və təşəbbüs qruplarını təmsil edir. Digər namizədlər isə seçkiyə öz təşəbbüsləri ilə qatılıblar.
MSK-da seçkiləri izləyəcək 3 minə yaxın, dairə seçki komissiyalarında isə 63 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı isə 500-dən çoxdur.
Qeyd edək ki, seçki bu həftənin bazar günü - noyabrın 1-də keçiriləcək.

Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR