Seçki qutusuna 200 avro saldı - Toya atmalı imiş

Seçki qutusuna 200 avro saldı   - Toya atmalı imiş
  • DÜNYA

Dünən İspaniyanın Pontevedra vilayətində yerli parlamentə keçirilən seçkilərdə kuryoz olay yaşanıb.

Aktual.az  aznews.az-a istinadən bildirir ki, Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.

Bu cür "səs" verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib. 

Xəbər 1186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR