Seçki başlayır: Hamı hazırlaşır, yalnız bir partiya...

Seçki başlayır: Hamı hazırlaşır, yalnız bir partiya...

Xəbər verdiyimiz kimi, artıq Milli Məclis parlament seçkilərinin 2 ay irəli çəkilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Seçkilərin sentyabrın ilk ongünlüyündə keçiriləcəyi gözlənilir.
Aktual.az  xəbər verir ki, bir neçə partiya - VHP, ƏHD, Böyük Quruluş Partiyası seçki prosesinə hazır olduqlarını, hüquqi proseduru gözlədiklərini elan ediblər.
Respublikaçı Alternativ Partiyasından (Real) bildirilib ki, seçki prosesinə ötən ilin dekabrından hazırlaşırlar. Artıq 13 namizəd təsdiqlənib, bir neçə namizəd isə bu həftə ərzində təsdiqlənəcək.
Ümid Partiyası da ilkin siyahının müəyyənləşməsi üçün hazırlıqlara start verib. Saytımıza açıqlamada qeyd edilib ki, hazırda 75 nəfərin namizədliyinin irəli sürülməsi ilə bağlı ilkin razılıq var ki, onlardan 60-nın seçki dairəsi müəyyənləşib.
Ana Vətən Partiyasında namizədlərin siyahısı iyul ayının 20-dək təsdiqlənəcək.
Ədalət Partiyası, Böyük Azərbaycan Partiyası, AĞ Partiyadan da seçkilərdə iştirak üçün ilkin hazırlıqlara başlanıldığı vurğulanıb.
Müsavat Partiyası isə sorğumuza cavab verməyib.
Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR