Seçicisinin fədakarı - Hacı Madər Musayev

Seçicisinin fədakarı - Hacı Madər Musayev

Binəqədi və Biləcəri kimi qəsəbələrin spesifik xüsusiyyətləri var. Bura həm sosial-iqtisadi durumu, həm də adət-ənənələri əlavə etsək hər iki qəsəbənin özəlliklərini açıq-aydın müşahidə edə bilərik. Təbii ki, bunlar tarixən formalaşmış, zamanla müasirləşərək özünün müəyyən inkişaf mərhələsinə qədəm qoyan özəlliklərdir. Kəndlərin qayğıları da, onlarla mübarizə əzmi də var təbii. O da faktdır ki, daim yeniləşən, müasirləşən zamanın qanadlarında yeni-yeni forma və məzmun kəsb edən həyatımızda hər şeyin avanqardı, öncülü ola bilmək, bütün mənalarda zamanı qabaqlamaq ayrı-ayrılıqda bir el-obaya, bir kəndə, hətta bir şəhərə belə nəsib ola bilməz. Amma zəmanənin axarına düşüb həm həyat səviyyəsini yüksəltmək, həm bizi əhatə edən müasir dünya ilə ayaqlaşmaq, həm də həmin tərəqqili dünyanın ayrılmaz tərkib hissəsi kimi öz yerini möhkəmlədə bilmək...


Bax bu əsl fədakarlıq tələb edir...

Yazıya belə giriş verməyimizin səbəbi var, əziz oxucular! Şübhə etmirik ki, bu kiçik qeydlərimiz vasitəsilə ictimailəşdirdiyimiz məlumatları oxuduqca həmin kəndlərin və bütövlükdə Binəqədi rayonunun inkişafında, müasirləşməsində əvəzsiz xidmətləri olan, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Hacı Madər Musayevi bu qədim, tarixi Bakı kəndlərinin bü günkü fədakarı kimi təqdim etməkdə yanılmadığımızın qənaətini sizlər də bölüşəcəksiniz.


İşgüzar millət vəkili

Bu yanaşma istisnasız olaraq Hacı Madər Musayevin imicidir. Onu heç kim artıq, izafi danışan deputat kimi xarakterizə edə bilməz. Onun sözü ölkə prezidentinin verdiyi tövsiyələr, yürütdüyü siyasi-iqtisadi xətt əsasında dövlətimiz, dövlətçiliyimiz, xalqımız naminə atdığı saysız-hesabsız addımlarındadır. Prezident, Cənab İlham Əliyevin “müasir tipli dövlət yaratmaq, iqtisadi baxımdan güclü, həmçinin sosial rifah cəmiyyəti qurmaq” çağırışını özü üçün xüsusi bir devizə çevirmiş millət vəkili bütün fəaliyyətini bu istiqamətdə yönəltmişdir. Onun təbirincə desək, “həm müasir, həm də təbii ki güclü dövlət elə güclü də sosial-iqtisadi təməllərə söykənə biləcək dövlətdir. Onu qurmaq, insanlarımızın istifadəsinə vermək, qorumaq və daha da inkişaf etdirmək hər bir Azərbaycan insanının müqəddəs vəzifəsi olmalıdır. Ancaq kim hansı işin öhdəsindən gələ bilərsə, o işdən də yapışmalıdır ki, fayda da verə bilsin”.

Hacı Madərin son beş illik fəaliyyəti zamanı xüsusi təşəbbüskarlıqla reallaşdırılan işlərin bir hissəsini nəzərdən keçirdikdə yuxarıda deyilən sözlərin,götürülən öhdəliklərin necə həyata keçirildiyinin canlı şahidləri oluruq. Burada bir məqamı da xüsusilə vurğulamaq istəyirik ki, ölkə rəhbərliyinin müvafiq tezislərini həyata keçirməyi öz fəaliyyətinin ana xəttinə çevirən millət vəkilinin xüsusi təşəbbüskarlıqla gerçəkləşdirdiyi sosial-infrastruktur layihələr təkcə təmsilçisi olduğu 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin seçicilərinin yaşadığı əraziləri deyil, ümumilikdə Binəqədi rayonunu əhatə edir. Bir məqama isə xüsusi diqqət verməyinizi istərdik: bu, görülən hər bir işin arxasında insan amilini yüksək dəyərləndirən, vətəndaşın həyat səviyyəsinin azacıq da olsa yaxşılaşdırılmasına, təhlükəsinin təminatına yönəlik addımlar, layihələrdir. Burada “iş görmək xatirinə iş görmək, baş qatmaq, özünüreklam” kimi yersiz nəsnələrin heç birinə rast gələ bilməzsiniz.


Görülən işlər, təşəbbüslər sırasına hər il müxtəlif bayramlarda, tədbirlərdə aztəminatlı ailələrə göstərilən yardımları, digər köməklikləri də əlavə etmək olardı. Lakin Hacı Madərin daim bu tipli yardımların reklam naminə adının belə çəkilməsini istəmədiyini nəzərə alıb onların üstündən sükutla keçirik.

Ancaq təkcə bu gün şagird sayının çoxluğundan 3 növbə dərs keçməyə məcbur olan 179 saylı məktəb üçün yeni korpusun inşası istiqamətində göstərilən çabaları alqışlamamaq sadəcə ədalətsizlik olardı. Elə həmin məktəbin qarşısında tikilən yeraltı keçidin nə qədər uşağı qəza təhlükəsindən (elə böyükləri də. Bunu sübut edən kifayət qədər dəhşətli faktlar baş verib, faciələr yaşanıb - red.) qoruduğunu yəqin ki, hamı etiraf edər. Yaxud M.Ə.Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin tikintisinin nə qədər faciənin qarşısını aldığını kimsə dana bilərmi?!

Hacının təşəbbüsü ilə görülən işlərin inkişaf trayektoriyasını analiz edəndə maraqlı bir mənzərənin şahidi oluruq. İlk növbədə əsas diqqət insanların rifahhalının yaxşılaşdırılması məqsədilə sosial-infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Təbii ki, sosial durumun normallaşması olmadan yaşayış yoxdur. Tərəzinin digər gözündə isə mütləq məktəb, maarifçilik, mədəniyyət kimi son dərəcə vacib, övladlarımızı işıqlı sabahlara bir ziyalı kimi daşıyacaq xüsusi məqamların olduğu aydınca sezilir. Bir sözlə, sağlam, təhlükəsiz həyat və bu həyatı tənzimləyəcək təhsilli, mədəni insan cəmiyyəti... Biri digəri ilə zəncirvari surətdə bağlanan həyat həqiqətləri. Ona şəxsi yardım məqsədilə müraciət edənlərdən isə daha çox təhsillə bağlı təklifləri dəstəkləyir və mümkün yardımlarını göstərir. Vətəninə, xalqına, kəndinə, elinə, millətinə bağlılıq belə olmurmu?! Konkret işlərlə...


Mən kəndimdə yaşamasam darıxaram

“Şəhərdə evimin olmasına baxmayaraq, Binəqədidə - kənddə seçicilərimin yanında yaşayıram. Bu yaşa qədər kənddə yaşadığımdan elə bilirəm ki, şəhərdə qala bilmərəm. Həm də kəndlilərimin yanında olmasam, onların problemlərinin həllinə dəstək olmasam, darıxaram” - bu sözlər Hacı Madərin ölkə mediasına verdiyi kiçik müsahibədən götürülüb. Hacı özünü doğulub boya-başa çatdığı kəndindən kənarda hiss edə bilmir. Ata yurdunda, el-oba içində yaşamaqdan çox məmnundur. Çalışır ki, kəndin xeyir-şərinə yarasın, xeyir-şərə münasibətdə də camaatdan fərqlənməsin, problemli həmkəndlilərinin yanında olsun, mümkün köməkliyini göstərsin və s.

“Mən kəndimdə yaşamasam darıxaram” ifadəsi isə onun öz kəndinə, böyük mənada Vətəninə sonsuz bağlılığının əyani göstəricisidir. O Vətəni, Prezidenti, Dövləti, Xalqı, kəndi qarşısında öhdəliklər yerinə yetirməsinə, söz verdiyi bu öhdəlikləri yerinə yetirə bilməsinə görə özünü xoşbəxt sayır.

Xəbər 4597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR