"Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub. Üç mövsüm "Dənizçilər"in uğurları üçün çalışan müdafiəçinin adı "Səbail"in tarixində özünəməxsus yer edəcək.
Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə komandanın heyətində çıxış edib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Müdafiəçi əsas millimizin heyətində 9 matçda meydana çıxıb.
Xəbər 383 dəfə oxunub.