Bakı şəhərində yanğın hadisəsi olub.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanıb və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 552 dəfə oxunub.