Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib.
Aktual.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a bildirib.
Onun sözlərinə görə, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
C.Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib.
Aktual.Az Xəbər 407 dəfə oxunub.