Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Yadigar Əliyevdən 6 ədəd saxta 50 manatlıq əsginas aşkarlanaraq götürülüb.