Loqo bildiyiniz kimi markanın üzüdür. Belə ki, loqotiplər ümumiyyətlə dəyişməzdir və marka olduğu müddətdə həmişə eyni loqodan istifadə olunar. Saxta mal istehsalçılarının ən çox səhvə yol verdiyi hissə də loqolardakı yazı tipləridir. Ona görə cihazların üzərində olan yazı tiplərini diqqətlə araşdırın.
Adapter girişləri ölkədən-ölkəyə fərqli ola bilir. Buna görə də məhsulu alan zaman saxta olub-olmadığını adapter girişlərindən anlaya bilərsiniz. Bir səhv varsa, məhsulun saxta olması mütləqdir. Bundan əlavə, şarj cihazlarının adapterə girdiyi hissə metal örtüklü olmalıdır. Əgər adapterdə istifadə materialının fərqli olduğunu görsəniz, məhsulun orijinal olmama ehtimalı çox yüksəkdir.
6. ADAPTERİN TELEFONA TAXILAN HİSSƏSİNƏ DİQQƏT EDİN!
Fotoşəkildən başa düşdüyünüz kimi istifadə olunan işarələr rəngli olmalı, yəni silinə bilməməlidir. Ucundakı tel qisimi da çox uzun olmamalıdır. Telin keyfiyyəti də çox əhəmiyyətlidir. Orijinal məhsullarda tel elastikdir və telefona rahatlıqla daxil ediləcək şəkildədir.
Fərqləndirmə bunlarla bitmir. Məsələn «Nokia» deyil, «Nokoia» və ya «Nokla» olaraq qeyd edilən marka Nokia istehsalçılarının məhsulu ola bilməz. Telefonun üstündə rəsmi istehsalçının holoqramı yoxdursa və telefon zəmanət talonu olmadan satılırsa, deməli sizi saxta telefon ilə aldatmaq istəyirlər.
Ancaq çox zaman qara bazar satıcıları orijinal telefondan daha çətin ayırd edilə bilən telefonlar təqdim edirlər. Bu halda, diqqətli nəzarət sizə kömək ola bilər. Alacağınız telefonun əsas funksiyalarını, istehsal edilən rənglərini, düymələrin yerləşmə qaydasını, kamera və digər xüsusiyyətləri bilməklə saxta telefonu orijinal telefondan ayırd edə biləcəksiniz. (eurasiadiary.com)