Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə təmasdadır.
Aktual.az xəbər verir ki, Şarl Mişel bu barədə tvitter səhifəsində yazıb.
"Mən həm Ermənistan, həm də Azərbaycan liderləri - baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə əlaqə saxlayıram”.
Şarl Mişelin sözlərinə görə, o, Avropa İttifaqının baş diplomatı Josep Borrell və Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaardan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Bakı və İrəvana getməyi xahiş edib.
Şarl Mişel deyib: "Ermənistan və Azərbaycan sərhədində hərbi əməliyyatların aparılması ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və davamlı atəşkəs lazımdır. Sülh və sabitliyin alternativi yoxdur və onları təmin etmək üçün diplomatiyaya alternativ yoxdur”.
Xəbər 327 dəfə oxunub.