Yerevanda polis alayının binasını zəbt edən silahlı qrupa dəstək məqsədi ilə keçirilən etaraz aksiyası sona çatıb.
Virtualaz.org bildirir ki, bu barədə Novosti-Armeniya məlumat yayıb.
"Təsis Məclisi" nümayəndəsi Alek Yenigomşyan bildirib ki, xalq hakimiyyətə sabah səhər saat 9:00-a qədər vaxt verib. Göstərilən vaxtda təşəbbüs qrupunun üzvləri və adi vətənaşlar Xorenatsi küçəsinə qida gətirəcəklər. Millət vəkili Zarui Postancyandan isə xahiş olunub ki, sonradan həmin qidanın qiyamçılara çaudırılmasını təmin etmək üçün polis nümayəndələri ilə əlaqə saxlasın.
* * *22:26
Yerevan da patrul xidməti alayının binasını ələ keçirən silahlı qrup bazar ertəsi polisin Chevrolet markalı xidməti avtobusunu yandırıb.
* * *
Yerevanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi başlayıb.
Nümayişçilər silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.
Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da itaətsizlik aksiyaları keçirəcək.
Novosti Armeniya-nın verdiyi məlumata görə, ilk olaraq "İrs" partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. Müxalifət nümayəndəsi deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.
"Təsis Məclisi"nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.
O, həmçinin bildirib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.
* * *
Yerevan polisinin yaydığı məlumatda deyilir ki, qiyamçıları 15 il həbs gözləyir. Onlar polisləri, binanı girov götürməkdə, polisə məxsus cilah-sursatı zorla ələ keçirməkdə ittiham olunurlar.
* * *13:09
Bu dəqiqələrdə İrəvanda post-patrul polisinin binasını nəzarətdə saxlayan yaraqlıların başı üzərində hərbi vertolyotun dövrə vurduğu haqda xəbər yayılıb.
Virtualaz.org xəbər verir ki, silahlı qrupun nümayəndələri vertolyotun 102-ci Rusiya hərbi bazasına məxsus olduğunu iddia edir.
İrəvanın digər rayonları üzərində də hərbi vertolyotların uçuş keçirdiyi haqda xəbərlər var. Bu, silahlı qrupa hücum əməliyyatının başlamasına hazırlıq getdiyi barədə təxminlərə yol açıb. Hərçənd ki, Ermənistan hakimiyyəti vasitəçilik edən qarabağlı general Vitali Balasanyana vəd edib ki, silahlılara qarşı xüsusi əməliyyat keçirməyə hazırlaşmır.
virtualaz.org