Ermənistan prezidenti Serj Sarkisyan Varşavada keçirilən NATO sammiti başa çatandan sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın `Qraparak` qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Sarkisyan iyulun 16-da Qarabağa səfər edəcək. Erməni prezidentin Qarabağda hərbi birləşmələrin mövqelərinə baş çəkəcəyi, müvafiq tapşırıqlar verəcəyi gözlənilir.