Sarkisyan rusiyalı nazirlə Yerevandakı etirazları müzakirə edib

Sarkisyan rusiyalı nazirlə Yerevandakı etirazları   müzakirə edib

Yerevandakı oturaq aksiya bəzi ekspertlərin bu nümayişlərin antirusiya əhval-ruhiyyəli olması ilə bağlı təxminlərinin mənasızlığını sübut edir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Prezident Serj Sarkisyan ötən gün Yerevanda Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla görüşündə deyib. 

S.Sarkisyan bildirib: "Erməni dramının inflyasiya səviyyəsini və istehsal edilən enerjinin maya dəyərinin artmasını nəzərə alaraq xalq tərəfindən alqışlanmayan addımı məcburi atdıq".

Onun sözlərinə əsasən, hökumətlərarası komissiya ekspert və vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etməklə "Ermənistanın elektrik şəbəkələri" şirkətinin auditini aparmaq imkanını nəzərdən keçirməlidir.

M.Sokolov isə deyib ki, hökumətlərarası komissiyanın himayəsi altında bütün maraqlı şəxslərin nümayəndələrini cəlb etməklə şirkətin fəaliyyətinin auditi aparılacaq.

Lakin etirazçılar auditi cüzi addım adlandırıblar.

Aktual.az

 
Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR