Sarkisyan Qarabağ üçün "Cinayətkarlar ordusu" yaradır

Sarkisyan Qarabağ üçün

Ermənistanın “Johovurd” qəzetinin yaydığı xəbərə görə, İrəvandakı “Vardaşen” həbsxanasının 40-a yaxın məhbusu Serj Sərkisyana müraciət edərək əfv olunmalarını xahiş edib və azadlığa buraxılacaqları halda Qarabağda hərbi xidmətə gedəcəklərini bildirib.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, qəzet xatırladır ki, Ermənistan prezidenti Serj Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib.

Əfv olunanlardan 6-sı hərbçidir, hətta onların zabit rütbələri də olub.

Sarkisyana əfv üçün müraciət edənlərdən biri ehtiyatda olan polkovnik, Qarabağ müharibəsində məşhurlaşan səhra komandirlərdən biri Vladimir Avetisyandır.

“Vardaşen” həbsxanasından qəzetə verilən məlumata görə, Qeqam Qabrielyan, Aşot Vardanyan, Armen Kazaryan, Zaven Naladyan, Artur Adamyan və Qraç Aleksanyan azadlığa buraxılıb və onlar Qarabağa göndəriliblər.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR