Sarkisyan "qana susayır" - TƏCİLİ

Sarkisyan

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısı qanun keşikçiləri tərəfindən mitinqçilərdən təmizlənib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, əməliyyat iki xəbərdarlıqdan sonra başlanıb.

Onlarla insan saxlanılıb. Polis əməliyyat zamanı xüsusi vasitələr tətbiq etməyib.

Çərşənbə günü axşam saatlarında silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib.

Məlumata görə, zərərçəkənlərin 28 nəfəri polis əməkdaşlarıdır. Zədə alanlara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.

Aktual.az

Xəbər 3248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR