Ermənistanda insan haqları sahəsində geriləmə müşahidə edilir
Axar.az xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts söyləyib.
"Ermənistan Respublikası son üç ildə mühüm islahatlar meydanından uzaqlaşdırılıb. Bu il insan haqlarına maneələr əsas problemə çevrilir. Bu, 2015-ci ildə olan konstitusiya dəyişikliyi ilə bağlıdır. Ölkədə insan haqları sferasının pisləşməsi müntəzəm olaraq davam edir.
Bu müntəzəmliyin əsas səbəbi ölkənin Avrasiya İttifaqında olmasıdır. Serj Sərkisyan bu problemlərin həllində uğursuzluğa düçar olub. Onun özünün elan etdiyi təminatlı Ermənistan (Serj Sərkisyanın 2013-cü ildə seçkiqabağı təşviqat proqramı – red.) regionun və Şərq tərəfdaşlığının ən təminatsız ölkəsinə çevrilib”, – deyə, o bildirib.
Aktual.az
Xəbər 220 dəfə oxunub.