Sarkisyan: “Ermənistan güzəştə getməyə hazırdır” (- YENİLƏNİB )

Sarkisyan:   “Ermənistan güzəştə getməyə hazırdır” (- YENİLƏNİB )

Ermənistan prezidenti bu gün ATƏT ölkələrinin səfirləri ilə görüş keçirib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, S. Sarkisyan bildirib ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların güclənməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər: “Bu, təkcə Cənubi Qafqaza yox, Avropa regionunda sabitlik və təhlükəsizlik məsələlərinə də təsir edəcək”.

S. Sarkisyan Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edib. O, İrəvanın məntiqli kompromislərə hazır olduğunu vurğulayıb. Eyni zamanda, əlavə edib ki, hərbi əməliyyatlar genişlənərsə, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.

***

"Ermənistan Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib.

Xəbər 1013 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR