Sarkisyan daha bir generalı işdən qovdu

Sarkisyan daha bir generalı işdən qovdu

Ermənistan ordusunun daha bir generalı işdən çıxarılıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.

Sərəncama əsasən Silahlı Qüvvələrin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan tutduğu vəzifədən azad edilib.

Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna səbəb kimi Ermənistanın sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar olması göstərilir.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR