"Ermənistan hakimiyyəti sülhməramlıların öhdəliklərinin nədən ibarət olduğunu bizə göstərə bilərmi? Bu barədə hansısa bir yerdə yazıldığını görmüsünüzmü?”.
Aktual.az xəbər verir ki, bu barədə İrəvanda Respublika meydanında mitinqdə iştirak edən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya sülhməramlıları 9 noyabr 2020-ci il tarixli bəyanatda göstərilən hər şeyi edirlər.
"Öz problemlərinizi başqalarının üzərinə yıxmayın. 3-4 il əvvəl keçmiş hakimiyyət günahkar idi, indi onları günahlandırmaq çətindir, ona görə də sülhməramlıları, rusları günahlandırırlar? Bəli, hamımızın Rusiyadan gözləntilərimiz daha çox idi. Amma əgər biz döyüşmürüksə, niyə başqası bizim yerimizə bunu etməlidir? Onlar bizim müttəfiqimizdir deyə nə olursa-olsun, bizim üçün hər şeyi edə bilməzlər”, – deyə Sarkisyan bildirib.
Sabiq Prezident problemin həllinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib ki, mübarizə aparmaq və müqavimət göstərmək lazımdır.
"Başqa bir ehtimal ola bilərmi? Müharibədən iki il keçmişdi, ordunu yenidən qura bilməzdilərmi? Onlar hər şeyi tərsinə edirlər”, – Sarkisyan fikrini tamamlayıb.//konkret.az
Xəbər 243 dəfə oxunub.