“Aprel hadisələri zamanı 800 hektar ərazi itirmişik”.
Aktual.az APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
“Nəyisə itirirsənsə, əvvəlcə anlamaq lazımdır ki, o hansı əhəmiyyətə malik olub. Bu, strateji, taktiki və bəzən psixoloji əhəmiyyət kəsb edə bilər”, - deyə o vurğulayıb.
Ermənistan Silahlı Qüvvələrinin təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirdiyini deyən S. Sarkisyan itirilən torpaqların heç bir strateji və taktiki əhəmiyyətə malik olmadığını vurğulayıb.