Sarı zolaqda hərəkətə nə vaxt icazə veriləcək? - Vaxt açıqlandı (YENİLƏNDİ)

Sarı zolaqda hərəkətə nə vaxt icazə veriləcək? - Vaxt açıqlandı (YENİLƏNDİ)

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı müraciət edib.
 
İdarədən APA-ya daxil olan müraciətdə bildirilir ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur. 
 
 
*****
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi olsa da, sarı zolaq qadağası mayın 25-nə kimi davam edəcək.

Avtosfer.az xəbər verir ki, bu zolaqda yalnız oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər. Qaydanı pozan sürücülər 40 manat cərimə olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sarı zolaqlarda hərəkətə mayın 25-də yox, 26-da icazə veriləcək: "Bunu əvvəldən də demişdik, bir daha xatırladırıq ki, sarı zolaqlarda digər avtomobillərin hərəkətinə mayın 26-dan etibarən icazə veriləcək".
 
Aktual.az
Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR