Sarı dənizdə iki gəminin bir-biri ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, daha sonra gəmilərdən biri batıb.
Aktual.az "Report"-a istinadən xəbər verir ki, bu barədə bazar günü Sindao hökumətinə istinadən "Sinxua" agentliyi məlumat yayıb. Şənbə günü "Sinji-6" ticarət gəmisi Çinin Sindaodan 40 dəniz mili aralıda yerləşən Çaolyan adası yaxınlığında "Lutszyaoyuy-60968" balıqçı gəmisi ilə toqquşub, ardınca balıqçı gəmisi batıb.
Xilasedicilər balıqçı gəmisində olan 5 nəfərin meyitini sudan çıxarıb, digərlərinin axtarışı davam etdirilir.
Qəza zamanı qatı duman səbəbindən görüntünün zəif olduğu bildirilir.
Məlumata görə, gəmilərin hər ikisi Çin şirkətlərinə məxsusdur.
Xəbər 290 dəfə oxunub.