Suriya Prezidenti Əhməd əş-Şara Rusiya Prezidenti Vladimir Putindən sabiq prezident Bəşər Əsədin və digər müharibə cinayətlərində ittiham olunan şəxslərin təhvil verilməsini istəyəcək.
Aktual.az xəbər verir ki, bu barədə AFP hökumət nümayəndəsinə istinadla məlumat yayıb.
Qeyd edək ki, Əhməd əş-Şara hazırda Moskvadadır və Putinlə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparacaq.
Xatırladaq ki, dekabr ayında hakimiyyətdən devrilmiş Bəşər Əsəd Moskvada sığınacaq tapıb.
Xəbər 43 dəfə oxunub.