Fernandu Santuş Polşa millisinin baş məşqçisi təyin olunub.
Polşa Futbol Assosiasiyası (PZPN) Portuqaliya millisinin sabiq çalışdırıcısını bu gün təqdim edib.
"Santuş Avro və Millətlər Liqasını qazanıb, böyük futbolçularla, dünya futbol ulduzları ilə çalışıb, bu çox dəyərlidir.
İnanıram ki, yeni baş məşqçi komandaya və bütün Polşa futboluna çox yaxşı şeylər gətirəcək. Hazırda bir nömrəli məqsəd 2024-cü il Avropa çempionatının final turnirinə çıxmaqdır və biz ilk növbədə buna diqqət yetiririk”, - PZPN rəhbəri Sezar Kuleşa bildirib.
Qeyd edək ki, Santuş 8 il Portuqaliya millisini çalışdırıb və DÇ-2022-dən sonra postunu tərk edib. O, həm də "Porto”, "Sportinq”, "Benfika” və Yunanıstan millisi ilə işləyib.
68 yaşlı portuqaliyalı Polşa millisində Çeslav Mixneviçi əvəzləyib.
Xəbər 222 dəfə oxunub.