Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Aktual.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası artıq səslərin 76%-nin sayıldığını bildirib.
Hazırkı nəticəyə görə, Stoyanoğlu 52,02% səslə liderdir. Hazırkı Prezident Maya Sandu isə 47,98% səs toplayıb.
Qeyd edək ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparır.
***
Bülletenlərin 90%-nin sayılmasından sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu - 50,81%
Maya Sandu - 49,19%
***
Bülletenlərin 98,9%-i sayılandan sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu - 45%
Maya Sandu - 55%.
Maya Sandu əsas etibarilə Moldovadan kənarda, Avropa ölkələrində olan diaspordan ciddi səs alıb. O, artıq qalib gəldiyini elan edib.
Xatırladaq ki, Aleksandr Stoyanoğlu etnik qaqauzdur.
Xəbər 132 dəfə oxunub.