"San Siro"dakı oyunu Dortmundda da sərgiləmək olar

  • İDMAN

"4 il əvvəl "Qarabağ"la Avropa Liqasının "play-off" mərhələsində "Borussiya" ilə səfər oyununda uduzmuşuq. Məğlubiyyətə baxmayaraq, pis təsir bağışlamamışdıq.

Rəqibin gözəl azarkeşləri var. Belə azarkeşlər önündə oynamaq hər bir futbolçu üçün fəxrdir".

Aktual.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Almaniya klubu ilə Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, 2012-ci ildə "Neftçi"nin heyətində ikən İtaliya "İnter"i ilə Avroliqa çərçivəsində "San Siro"dakı oyununu və nəticəni Dortmundun BVB stadionunda da sərgiləmək olar:

"Komandada özünəinam var. İstəklə, həvəslə oynasaq, o nəticəni burada da əldə edə bilərik".

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Aktual.az

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR