Samuxda mağazanı yarıb, “nisyə dəftəri”ni apardılar

Samuxda mağazanı yarıb, “nisyə dəftəri”ni apardılar

“Mağaza qisas məqsədilə yarılıb”.

Samuxda mağazadan oğurluq edilib.

Aktual.az-ın məlumatına görə, Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Kənd sakini Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını, içəridə olan malların dağıldığının şahidi olub.

"Çağırılmamış qonaqlar" ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.

Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər "nisyə dəftəri"ni aparmaqla onları müflis etmək məqsədi güdüb. Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR