Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ” II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia” ilə qarşılaşacaq.
Aktual.az "APA”ya istinadən xəbər verir ki, iyulun 11-də Bakıda üz-üzə gələcək komandalar ayın 18-də Tiflisdə cavab görüşünə çıxacaqlar.
Gürcüstandakı qarşılaşmanın da Bakıdakı kimi, saat 21:00-da start götürməsi qərara alınıb. Oyun Boris Payçadze adına "Dinamo” stadionunda keçiriləcək.
Qeyd edək ki, iyulun 11-də baş tutacaq "Qarabağ” – "Samtredia” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Aktual.az
Xəbər 505 dəfə oxunub.