Samir Abasov işləmədən "Neftçi"dən maaş alacaq

Samir Abasov işləmədən
  • İDMAN

Misli Premyer Liqasının 12-ci turunda "İmişli"yə məğlubiyyətdən (2:3) sonra "Neftçi"dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.
Aktual.az Futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.
Məsələ burasındadır ki, "ağ-qaralar" 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, "Neftçi" ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni "bakılılar" mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalışdırıcı Abasova ödəniş edəcək.
Qeyd edək ki, Samir Abasov "Neftçi"yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR