Sami Yusuf İranda qadağan olundu — Səbəb

Sami Yusuf İranda qadağan olundu —   Səbəb

O bildirib ki, İranın bu qadağası eyni zamanda iranlı pərəstişkarlarına qarşı hörmətsizlikdir

Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, İranda tanınmış müğənni Sami Yusifə və onun mahnılarına qadağa qoyulub.

İran İslam Respublikası dini musiqiləri ilə tanınan əslən azərbaycanlı olan ingilis musiqiçi Sami Yusifin İran ərazisininə girişinə və musiqilərinin ölkə ərazisində səsləndirilməsinə qadağa qoyub. Buna səbəb kimi Sami Yusifin İsraildə konsert verməsi göstərilir. Musiqiçi isə İranın ona qarşı atdığı bu addımına təccübləndiyini bildirib.

O bildirib ki, İranın bu qadağası eyni zamanda iranlı pərəstişkarlarına qarşı hörmətsizlikdir.

"Musiqi sərhəd tanımır. Buna görə üzr istəmək fikrim yoxdur", - deyə müğənni qeyd edib.

Xatırladaq ki, Sami Yusif Ramazan ayı ərəfəsində İsrailin nəzarətində olan ən-Nasiriyyə şəhərində konsert vermişdi. İran qanunlarına görə pasportunda İsrailə məxsus möhür olan şəxs ölkə ərazisinə daxil ola bilməz.

Sami Yusuf Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçidir. 2009-cu ildə Xocalı Soyqırımının 18-ci il dönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb etmişdi. Həmçinin Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının Sülh elçisidir.

 
Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR