"Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə bin Ladeni məhz onun tərəfindən məhv edilməsini iddia edən keçmiş ABŞ hərbçisi Robert O`Nil Montana Ştatının polisi tərəfindən saxlanılıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, R.O`Nil içkili vəziyyətdə avtomobili idarə etməkdə ittiham olunur.
Polis keçmiş hərbçini ticarət mərkəzinin park etmə meydançasında mühərriki işləyən avtomobildə yatarkən tapıb. R.O`Nil iddia edib ki, həkim tərəfindən təyin olunmuş dərmanın təsiri altında yuxuya gedib.
Kecmış dəniz piyadaçısı saxlanılan yerdə alkotesterin yoxlanılmasından və qan analizindan keçməkdən imtina edəndən sonra polis bölməsinə aparılıb. Analizlər R.O`Nilin alkoqol təsiri altında olmasını göstərib və o, içkili vəziyyətdə avtomobili idarə etməkdə ittiham olunub.