Şamaxıya yağan güclü yağış fəsadlar törətdi - kəndlə əlaqə kəsilib

Şamaxıya yağan güclü yağış fəsadlar törətdi - kəndlə əlaqə kəsilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Aktual.az  FHN-nin saytına istinadən xəbər verir ki, Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Əməliyyat saat 13:46-da başa çatıb.
 
Aktual.az 
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR