Şamaxıda nişanlı qız özünü öldürdü

Şamaxıda nişanlı qız özünü öldürdü

Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, rayonun Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.
Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil. 
Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

****

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Çölbağırlı kəndində gənc qız özünü asaraq, öldürüb. Gəncin nişanlı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 869 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR