Şamaxıda keçmiş məhkum ögey anasını öldürdü – TƏFƏRRÜAT

Şamaxıda keçmiş məhkum ögey anasını öldürdü – TƏFƏRRÜAT

Şamaxı rayonunda törədilən müəmmalı qətlin üstü açılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızını öldürən şəxsin kimliyi məlum olub. Məlumata görə hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdlü Bağırov Rəhim Hacı törədib. O, qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayır. Mərhum Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. O, 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxmışdı.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 *******
 Şamaxı rayonunda qətl hadisəsi baş verib.

Aktual.az-ın APA
-ya istinadən xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb
Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. 
Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələlik məlum deyil. Araşdırma zamanı yalnız məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  
 
Aktual.az
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR