Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini Zaur Seyidağa oğlu Hacıyev qonşusu Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.
Hadisənin səbəbləri araşdırlır.
***
Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.
"Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Natiq Şirbala oğlu Binyətov çobanlıq edən qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.
Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 685 dəfə oxunub.